“Azeri Light”ın qiyməti 74 dolları ötüb

İqtisadiyyat

15.09.2021 - 12:19

Həkimlər Klinikalar SEO Xidməti

Dünya birjalarında neft qiymətləri bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,53 dollar artaraq 74,13 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 70,98 dollar olub.

Azərbaycan neftinin qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,28 dollar artaraq 74,26 dollar təşkil edib.

Qeyd edək ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. “Azeri Light”ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də qeydə alınıb: bir barel üçün 78,35 dollar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş