Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər

Hadisə

10.09.2026 - 23:12

Hadisə Vlodimir şəhərində baş verib

Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər. AYNA.AZ APA-ya istinadən bildirir ki, hadisə Vlodimir şəhərində baş verib.

Belə ki, əslən Ucar rayonunun Şilyan kəndindən olan, 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova yolda yaranmış tıxac zamanı 2 yük maşınının arasında qalaraq ölüblər.

Onların nəşi bu gün Azərbaycana gətirilərək dəfn edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş