Fazil Nəcəfov 88 yaşında dünyasını dəyişib
Azərbaycanın mədəniyyətinə itki üz verib. Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfov iyulun 11-də, 88 yaşında vəfat edib.
AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.