Azərbaycanın səfiri Saakaşvili ilə görüşüb

Siyasət

31.08.2020 - 14:34

Görüşdə Ukrayna-Azərbaycan münasibətləri müzakirə edilib

 

Ukraynanın İslahatlar üzrə Milli Şurasının rəhbəri Mixail Saakaşvili Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova ilə görüş keçirib. AYNA-nın xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

 

Görüşdə Ukrayna-Azərbaycan münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

M. Saakavşili Şura tərkibində bütün postsovet məkanı üçün islahatlar bürosu yaradılacağını qeyd edib.

 

“Bu, ideyaların yaradılması və islahatçıların konsolidasiyası üçün böyük bir beynəlxalq mərkəzə çevriləcək”, - deyə o, vurğulayıb.

Müəllif: Ayna.az