Azərbaycanın mülki itkiləri açıqlanıb

Xəbərlər

14.10.2020 - 12:20

Düşmənin açdığı atəş nəticəsində 43 mülki sakin həlak olub

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 43 mülki şəxs həyatını itirib. AYNA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, ermənilərin açdığı atəş nəticəsində 214 dinc sakin yaralanıb: “1505 yaşayış evi, 277 mülki obyekt və 66 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”.

Müəllif: Ayna.az