"Azərbaycanfilm" kinostudiyasında partlayışla bağlı araşdırma aparılır

Xəbərlər

27.06.2025 - 11:24

cedabet dərman SEO Xidməti

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Xəbər verildiyi kimi, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN bildirilib.

Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.

Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş