Azərbaycanda zəlzələ olub

Hadisə

18.08.2021 - 17:53

Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub

 

Zaqatalada zəlzələ olub. Bu barədə AYNA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 13:37-də Zaqatala stansiyasından 15km cənub-qərbdə, Zaqatala rayonunda qeydə alınıb. Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

 

Zəlzələnin maqnitudası 2.8, dərinliyi 11 km olub.

Müəllif: Ayna.az