Azərbaycanda peyvəndlənməyə gələn ilin əvvəlində başlanması planlaşdırılır

Xəbərlər

18.12.2020 - 13:56

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev Azərbaycanda koronavirus peyvəndlənməsinə başlanma vaxtından danışıb

 

“Azərbaycanda peyvəndlənməyə gələn ilin əvvəlində başlanması planlaşdırılır. Bu, könüllük əsasında və dövlət hesabına olacaq”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammitində çıxışı zamanı bəyan edib.

 

O, Azərbaycanın da peyvəndlənmə prosesinə qoşulduğunu bildirib: “Aylardır ki, “Sputnik V”, “Astrazeneca”, “Sinopharm”, “Sinovac”, “Moderna”, “Pfizer-BioNTech” kimi aparıcı peyvənd istehsalçıları ilə danışıqlar aparılıb”.

 

Prezident çoxplatformalı peyvəndləmə stirategiyasının hazırlandığını qeyd edib: “Hansı texnologiya əsasında hazırlanmasından asılı olmayaraq, bizim üçün vacib olan elmi əsaslandırılmış təhlükəsizlikdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş