Azərbaycanda peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

07.11.2021 - 19:26

"Buster" doza üzrə vaksinasiyadan keçənlərin sayı 19 519 nəfərdir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 940 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə peyvəndlənənlərin sayı 4 972, ikinci mərhələ üzrə vaksinas olunanların sayı 8 449, "buster" doza üzrə vaksinasiyadan keçənlərin sayı isə 19 519 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 9 917 548, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin ümumi sayı 4 997 506, ikinci mərhələ üzrə 4 435 080, "buster" doza üzrə vaksinasiyadan keçənlərin sayı isə 484 962 təşkil edir.

Müəllif: Ayna.az