Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Aktual

04.06.2021 - 17:25

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 milyon 465 min 719-a çatıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47637 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5371 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2465719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1540259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 925460 təşkil edir.

#

Müəllif: Ayna.az