Azərbaycanda pensiyaçılar əhalinin 12,1 faizini təşkil edir

Xəbərlər

20.08.2021 - 18:16

Həkimlər Klinikalar SEO Xidməti

Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi ailə başçısını itirməyə görə pensiya alır

 

Bu il iyulun 1-dək Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214 min 100 nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

 

Dövlət Statistika Komitəsindən AYNA-ya verilən məlumata görə, onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əməkhaqqının 45,4 faizinə bərabər olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş