Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir

Cəmiyyət

08.03.2021 - 15:49

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil naziri: “Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar”

 

“Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır”. AYNA xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

 

O qeyd edib ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir: “Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş