Azərbaycanda maskalardan istifadə ilə bağlı nəzarət gücləndirilib

Xəbərlər

21.11.2020 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazirin sədrliyi ilə müşavirə keçirilib

 

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın Respublika müşavirəsində maskalardan istifadə ilə bağlı məsələlər də müzakirə edilib.

 

AYNA-nın məlumatına görə, qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işi genişləndirilsin.

 

Qeyd edək ki, bu gün Ə.Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib. Müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı, 68 rayon və şəhərin icra hakimiyyəti başçıları, DİN və DTX-nin yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş