Ölkədə aparılan testlərin ümumi sayı 339 min 876-ya çatıb
Bu gün Azərbaycanda koronavirusla bağlı 5 min 13 test aparılıb. AYNA TƏBİB-ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin ümumi sayı 339 min 876-ya çatıb.
Qeyd edək ki, Azərbaycanda 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu gün COVID-19-a yoluxan 4 nəfər dünyasını dəyişib.