Azərbaycanda koronavirusla bağlı bugünkü statistika

Cəmiyyət

09.06.2020 - 21:53

cedabet dərman SEO Xidməti

Ümumi test sayı 349 200-ə çatıb

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bugünkü test sayını açıqlayıb.

 

AYNA xəbər verir ki, bu gün ölkədə COVID-19-la bağlı 5 809 test aparılıb.

 

Bununla da ölkədə koronavirusla bağlı ümumi test sayı 349 200-ə çatıb. 


Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3 487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş