Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Xəbərlər

05.01.2021 - 23:53

Feyruz Sultanov Yardımlı rayonunda son günlər koronavirusdan vəfat etmiş ikinci həkimdir

 

Azərbaycanda daha bir tanınmış həkim COVID-19-un qurbanı olub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının cərrahı Feyruz Sultanov koronavirusdan vəfat edib.

 

Məlumata görə, o, bir müddət COVID-19-dan müalicə alıb.

 

F.Sultanov Yardımlı rayonunda son günlər koronavirusdan vəfat etmiş ikinci həkimdir. Daha əvvəl digər tibb işçisi İsabala Hüseynov da COVID-19-un qurbanı olub.

Feyruz Sultanov
Müəllif: Ayna.az