Müslüm Abdıyev COVID-19 xəstələrinin müalicəsinə cəlb olunmuşdu
Cəlilabad rayonunda həkim koronavirusun qurbanı olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayonun Adnalı kənd sakini, 50 yaşlı Müslim Abdıyev COVID-19 xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, həkim bir müddətdir könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuşdu.
Mərhum Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında çalışırdı.
