Azərbaycanda daha 31 nəfər COVID-19-dan vəfat edib

Aktual

14.04.2021 - 16:41

Həkimlər Klinikalar SEO Xidməti

2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4 009 nəfər vəfat edib, aktiv xəstə sayı 32 052 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 086, ötən müddət ərzində isə ümumilikdə 3 054 472 test aparılıb.

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş