Azərbaycanda daha 131 nəfər COVID-19-a yoluxub

Xəbərlər

18.08.2020 - 18:16

159 nəfər COVID-19-dan sağalıb, 1 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 34 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 201 nəfər müalicə olunaraq sağalıb, 509nəfər vəfat edib, aktiv xəstə sayı 1 764 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 361, ötən müddət ərzində isə ümumilikdə 843 269 test aparılıb.

Müəllif: Ayna.az