Azərbaycanda COVID-19-dan ölənlərin sayı 4 min 650-ə çatıb

Aktual

07.05.2021 - 16:38

Daha 722 nəfər yoluxub, 1854 nəfər sağalıb, 15 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15nəfər vəfat edib.

 

 

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib, aktiv xəstə sayı 17 897 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, ötən müddət ərzində isə ümumilikdə 3 311 267 test aparılıb.

#

Müəllif: Ayna.az