Azərbaycanda alim vəfat edib

Xəbərlər

05.09.2021 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

Xanverdi Turaboğlu dünən dəfn olunub

 

AMEA Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanverdi Turaboğlu vəfat edib.

 

AYNA xəbər verir ki, bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib. Bildirilib ki, mərhum dünən Cəlilabad rayonunun Maşlıq kəndində dəfn olunub.

 

Xanverdi Turaboğlu müasir ədəbi proseslə o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş