Professor Yadigar Türkel dünyasını dəyişib
Azərbaycanın tanınmış alimi, fəlsəfə elmləri doktoru, professor Yadigar Türkel vəfat edib. AYNA xəbər verir ki, bu barədə alimin yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.
Qeyd edilib ki, professor 70 yaşında dünyasını dəyişib. Mərhumun koronavirusdan dünyasını dəyişdiyi qeyd edilib.
Xatırladaq ki, ixtisasca həkim olan Yadigar Türkel 1951-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində doğulub.