Ramin Bayramlı: “İndiyədək ölkə üzrə 681 həkim və tibb işçisinə koronavirus diaqnozu qoyulub”
“Bu gün xəstəlikdən ölənlər - 1949-cu il və 1962-ci il təvəllüdlü vətəndaşlarımizdır. Onlardan biri Gəncə xəstəxanasının cərrah-həkimidir. Həkimin başqa xroniki xəstəlikləri olduğundan, o, virusla mübarizədə məğlub olub”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifiqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, indiyədək ölkə üzrə 681 həkim və tibb işçisinə COVID-19 diaqnozu qoyulub: “Təəssüf ki, həkimlərimizdən 4-nü yoluxma səbəbindən itirmişik”.