Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Xəbərlər

28.02.2020 - 11:58

"Başın sağ olsun, qardaş Türkiyə"

 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyə xalqına İdlibdə şəhid olmuş türk əsgərləri ilə bağlı başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.

 

“İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, qardaş Türkiyə", - məlumatda deyə qeyd olunub. 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş