Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Xəbərlər

10.12.2020 - 15:59

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan görüşüblər

 

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Türkiyə lideri dünən Azərbaycana səfər edib. Ərdoğan bu gün Bakıda keçirilən Zərəf paradında iştirak edib, nitq söyləyib.

Müəllif: Ayna.az