Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

Siyasət

15.01.2021 - 17:56

Ceyhun Bayramov və Lavrov 11 yanvar bəyanatını müzakirə ediblər

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə AYNA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş