Azərbaycan neftinin bir bareli 76 dollardan baha satılır

İqtisadiyyat

14.07.2021 - 15:04

Dünya birjalarında neft qiymətləri ucuzlaşır

 

Dünya birjalarında neft qiymətləri ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,09 dollar geriləyərək 76,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar ucuzlaşaraq 75,08 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,65 dollar artaraq 76,70 dollar təşkil edib.

 

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Müəllif: Ayna.az