Azərbaycan Jurnalistlər Birliyi başsağlığı verir

Hadisə

19.11.2020 - 14:14

Həkimlər Klinikalar SEO Xidməti

Əməkdar jurnalist Əli İldırımoğlu dünyasını dəyişib

 

Azərbaycan Jurnalistlər Birliyinin məclisi dərin kədər hissi ilə bildirir ki, qocaman jurnalist, tanınmış nasir və publisist, Əməkdar jurnalist Əli İldırımoğlu noyabrın 17-də 93 yaşında vəfat etmişdir.

 

Azərbaycanda neçə-neçə peşəkar jurnalist nəslinin yetişməsində böyük əməyi olan Əli İldırımoğlu 1927-ci ildə Oubadlı rayonunda anadan olmuşdur. Gənclik illərinin müəyyən dövründə pedaqoji sahədə çalışdıqdan sonra, 1950-ci illərin əvvəllərində həyatını jurnalistikaya bağlamış, əvvəlcə Qubadlı rayonunda nəşr edilən "Avanqard" qəzetində məsul katib, sonra isə redaktor vəzifələrində işləmiş, 1955-1991-ci illərdə "Kommunist" qəzetinin zona müxbiri kimi fəaliyyət göstərmiş, bir sıra dövlət və media mükafatları ilə təltif edilmişdir.

 

Azərbaycan Jurnalistlər Birliyinin məclisi yazıçı - publisist Əli İdırımoğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş