Həsrət Cəfərov dünya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov gənclər arasında keçirilən dünya çempionatının qalibi adına yiyələnib.
AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, 67 kq çəkidə mübarizə aparan pəhləvanımız Rusiyanın Ufa şəhərində təşkil olunan mundalda çempion tituluna yiyələnib.
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıb
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Cüdo üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub
Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn Cəfərov həlledici görüşdə Sahak Ovanisyana (Ermənistan) da gücünü göstərib. O, finalda rəqibini 7:0 hesabı ilə məğlub edərək dünya çempionu tituluna yiyələnib.
Həsrətdən öncə bürünc medal görüşündə Şerməhəmməd Şaribcanovla (Özbəkistan) üz-üzə gələn Nihat Məmmədli də qələbə qazanıb. 5:1 hesabı ilə qalib gələn təmsilçimiz dünya çempionatını 3-cü yerdə bitirib.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən daha öncə Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) bürünc medal qazanıb.