Azərbaycan əhalisinin sayı açıqlanıb

Xəbərlər

16.10.2020 - 17:09

10 milyon 108 min 79 nəfərə çatmışıq

 

İlin əvvəlindən ölkə əhalisinin sayı 40 min 971 nəfər və ya 0,4 faiz artaraq 2020-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 108 min 79 nəfərə çatıb.

 

Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 117 nəfər olub.

Müəllif: Ayna.az