AZAL-dan xüsusi reyslərlə səyahət planlaşdıranlara <font color=red> MÜRACİƏT</font>

Xəbərlər

25.08.2020 - 17:20

cedabet dərman SEO Xidməti

10 kq-dan artıq olmayan daha bir ədəd baqajı qeydiyyat masasına təhvil verə bilərlər

 

"Azərbaycan Hava Yolları" QSC (AZAL) İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib. Bu barədə AYNA-ya AZAL-dan bildirilib.

 

Aviaşirkətin müraciətində deyilir ki, sərnişinlər bu gündən etibarən çəkisi 10 kq-dan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərlər.

 

“Beləliklə, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj – 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər – üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər. Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur", - deyə müraciətdə vurğulanıb.

 

Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, noutbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş