AZAL-dan Bakı-İstanbul-Bakı reysi ilə bağlı <font color=red> AÇIQLAMA</font>

Xəbərlər

18.06.2020 - 12:12

Həkimlər Klinikalar SEO Xidməti

Sərnişinlərdə COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər

 

“Azərbaycan Hava Yolları” iyunun 17-si və 18-də Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirməyə davam edir. Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AYNA-ya bildirilib ki, yeni qaydalara uyğun olaraq yalnız “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

 

“İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər”, - deyə məlumatda bildirilib.

 

AZAL diqqətə çatdırır ki, Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin “www.azal.az” saytında açılıb: “Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır. COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş