Azad ərazilərdə daha 59 mina aşkarlanıb

Xəbərlər

19.05.2025 - 17:33

Həkimlər Klinikalar SEO Xidməti

1,291.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.05.2025 - 18.05.2025) açıqlanıb.

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 36 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 377 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1,291.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş