Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb

Xəbərlər

02.11.2026 - 12:35

4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, azad edilmiş ərazilərdə oktyabr ayında 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş