Azad edilmiş ərazilərdə daha 107 mina aşkarlanıb

Xəbərlər

10.08.2026 - 16:31

1581 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (03.08.2026-09.08.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 87 piyada əleyhinə mina, 20 tank əleyhinə mina, 784 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1581 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş