Axtarışda olan Moldova vətəndaşı ölkəsinə ekstradisiya edilib

Xəbərlər

31.05.2021 - 17:21

Həkimlər Klinikalar SEO Xidməti

Maksim Preyda Moldovanın hüquq mühafizə orqanlarına təhvil verilib

 

Moldova ərazisində cinayət törətmiş şəxs barəsində məhkəmə hökmünün icrasını təmin etmək məqsədilə onun Moldova hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Moldova Respublikasının vətəndaşı, Soroka məhkəməsinin 27 noyabr 2016-cı il hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Maksim Preydanın – yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək Soroka şəhərində yaşayan Muntyan Anjelanın evinə daxil olub oradan gizli olaraq külli miqdarda ziyan vurmaqla 245 min Moldova leyi dəyərində əşyaları oğurlaması müəyyən edilib.

 

Rəsmi məlumata görə, Maksim Preyda barəsində beynəlxalq axtarış elan olunub: “Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Moldova Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Maksim Preyda 31.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldovanın hüquq mühafizə orqanlarına təhvil verilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş