Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən xəbərə görə, mayın 19-da bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.