Avstraliya ABŞ-ı polad və alüminiuma rüsum tətbiq etməməyə çağırır

Dünya

10.02.2025 - 14:17

Həkimlər Klinikalar SEO Xidməti

Entoni Albanese: “Əminəm ki, belə yanaşma ABŞ-ın da milli maraqlarına uyğundur”

Avstraliyanın Baş naziri Entoni Albanese ölkəsini ABŞ-ın alüminium və polad tariflərinə görə hədəf aldığı ölkələr siyahısından çıxarmaq üçün mübarizə aparacağına söz verib. AYNA xarici mediaya istinadən bildirir ki, Avstraliya hökumətinin başçısı Federal Parlamentdə müvafiq bəyanatla çıxış edib.

Albanese ABŞ Prezidenti Donald Trampla "konstruktiv söhbət" etmək niyyətində olduğunu və bu söhbət zamanı "Ağ Ev rəhbərinin polad və alüminiuma 25% idxal rüsumları tətbiq etdiyi ölkələr siyahısından Avstraliyanı çıxarmaq üçün mübarizə aparacağını" bildirib.

“Biz Avstraliyanı polad və alüminium üçün hər hansı tariflərdən azad etmək üçün ABŞ-a müraciət etməyə davam edəcəyik və yeni administrasiya ilə milli maraqlarımızı müdafiə etmək üçün təmasları artıracağıq. Əminəm ki, belə yanaşma ABŞ-ın da milli maraqlarına uyğundur. Çünki tariflər ilk növbədə şirkətlərimizə deyil, onların məhsullarının alıcılarına təsir edəcək”, - Avstraliyanın Baş naziri bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, Kanberra öz maraqlarını “sakit, diplomatik şəkildə” müdafiə edəcək və addımlarını “səsgücləndiricilər” vasitəsilə elan etməyəcək: “Biz dünyanın bütün ölkələri ilə münasibətlərimizdə beləcə uğur qazanırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş