Avropada ilk dəfə koronavirus xəstəsinə ağciyər köçürülüb

Dünya

25.05.2020 - 22:11

Avropada koronavirusla bağlı ilkə imza atılıb 

 

Avropada ilk dəfə olaraq koronavirus xəstəsinə ağciyər transplantasiyası tətbiq olunub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat Vyana Tibb Universitetində gerçəkləşib.

 

Universitetdən verilən rəsmi açıqlamada, əməliyyatın 45 yaşlı qadın üzərində edildiyi və müvəffəq olduğu bildirilib. 

 

Əməliyyatı həyata keçirən həkim qrupunun rəhbəri Valter Klepetko bununla bağlı açıqlama verib: “Xəstəyə 8 həftə əvvəl koronavirus diaqnozu qoyulmuşdu. Vəziyyətinin düzəlməyinə ümid yox idi və ağciyər funksiyaları tamamilə pozulmuşdu. Buna baxmayaraq, əməliyyat uğurlu alındı. Hazırda vəziyyəti yaxşıdır və heç bir ciddi problemi yoxdur. Lakin xəstəxanadan çıxmasına uzun zaman lazımdır”.

 

Qeyd edək ki, koronavirus xəstəsinə ilk ağciyər transplantasiyası virusun yayıldığı Çinin Vuhan şəhərində reallaşmışdı.

Müəllif: Ayna.az