Bunun üçün 500 milyon avro ayrılacaq
Avropa Komissiyası (AK) dünyanın hər yerindən alimləri Avropaya cəlb etmək üçün proqramları dəstəkləmək üçün 500 milyon avro ayıracaq. AYNA.AZ xəbər verir ki, bu barədə AK-nın rəhbəri Ursula fon der Leyen Sorbonnada “Avropanı seçin” proqramını təqdim edərkən deyib.
“Avropa həmişə çalışacaq ki, elm adamları Avropanı seçsinlər. AK-nın Avropaya yeni alimləri cəlb etmək üçün 2025-2027-ci illər üçün 500 milyon avro dəyərində bir paket təqdim etdiyini elan etməkdən məmnunam”, - Leyen qeyd edib.
AK rəhbəri vurğulayıb ki, Aİ ölkələri 2030-cu ilə qədər elmi tədqiqatlara investisiyanın ÜDM-in 3%-i səviyyəsində olmalıdır.