Liderlər gərginliyi dərhal azaltmağa çağırıblar
Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen İsrail-İran münaqişəsini narahatedici adlandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə o, “X”da yazıb.
Leyen Avropanın bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, dərhal gərginliyi azaltmağa və qisas almaqdan çəkinməyə çağırıb.
“Regionun sabitliyi və qlobal təhlükəsizlik naminə diplomatik həll indi hər zamankından daha vacibdir”, - deyə Leyen bildirib.