Siyahıdan çıxarılanlar Mixail Deqtyarev, Vyaçeslav Kantor, Vladimir Raşevski və Gülbahor İsmayılovadır
Avropa İttifaqı (Aİ) dörd Rusiya vətəndaşını sanksiya siyahısından çıxarıb. Bunlar Rusiyanın idman naziri Mixail Deqtyarev, biznesmen Vyaçeslav Kantor, “EuroChem”in keçmiş rəhbəri Vladimir Raşevski və Əlişir Usmanovun bacısı Gülbahor İsmayılovadır. AYNA.AZ xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında qeyd edilib.
Aİ bu qərarla bağlı heç bir izahat və ya səbəb göstərməyib.
Siyahıdan çıxarılan vəfat etmiş şəxslər isə Nikolay Rıjkov, Andrey Ermişko və Aleksey Bolşakovdur.
2024-cü ilin iyulunda Raşevski məhdudiyyətləri aradan qaldırmaq üçün Aİ məhkəməsində qalib gəlib, lakin bütün bu müddət ərzində o, sanksiyalar siyahısında qalır.