Avropa İnvestisiya Bankı Ukraynada 116,5 milyon avroluq layihələri maliyyələşdirəcək

Dünya

11.02.2025 - 08:33

Həkimlər Klinikalar SEO Xidməti

"Ukrayna və Avropa İnvestisiya Bankı enerji və kritik infrastrukturun bərpasını maliyyələşdirməyi nəzərdə tutan sazişlər bağlayıblar"

Avropa İnvestisiya Bankı (AİB) Ukraynada 116,5 milyon avroluq sosial layihələri maliyyələşdirəcək. AYNA xəbər verir ki, bu varədə Ukraynanın Baş naziri Denis Şmıqal AİB prezidenti Nadia Kalvino ilə Kiyevdəki görüşündən sonra öz “Telegram” kanalında yazıb.

"Ukrayna və Avropa İnvestisiya Bankı enerji və kritik infrastrukturun bərpasını maliyyələşdirməyi nəzərdə tutan sazişlər bağlayıblar", - deyə Baş nazir vurğulayıb.

Şmıqal qeyd edib ki, AİB kritik infrastrukturun bərpası və enerji səmərəliliyinin həyata keçirilməsi üçün 16,5 milyon avro ayırıb. Daha 100 milyon avro su və istilik təchizatı obyektlərinin bərpasına və təhsil, səhiyyə və mənzil-məişət sektorunda əsas sosial xidmətlərin modernləşdirilməsinə ayrılacaq.

Ukrayna Nazirlər Kabinetinin məlumatına görə, Ukraynadakı AİB portfeli 2022-ci ilin fevralından 4,95 milyard avro dəyərində 2 milyard avrodan çox vəsait ayrılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş