Ann Linde: “Bizim əsas prioritetimiz Avropada təhlükəsizlik sistemini müdafiə etməkdir”
“ATƏT-in sədri olaraq bizim əsas prioritetimiz Avropada təhlükəsizlik sistemini müdafiə etməkdir və təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqdır”.
AYNA-nın xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
O qeyd edib ki, ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərini nəzərdən keçirəcəklər: “Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür”.