Ann Linde: “ATƏT dialoqa əlverişli bir atmosfer yaratmaq üçün kömək etməyə və etimad qurma tədbirləri görməyə hazırdır”
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bildirib. AYNA xəbər verir ki, bu barədə Linde “Twitter” səhifəsində yazıb.
“Bütün həll olunmamış məsələlər dinc danışıqlar yolu ilə həll olunmalıdır. ATƏT dialoqa əlverişli bir atmosfer yaratmaq üçün kömək etməyə və etimad qurma tədbirləri görməyə hazırdır”, - Linde vurğulayıb.
Qeyd edək ki, son günlər Ermənistan təxribat törətməklə Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirir. Atəşkəsi pozan Ermənistan silahlı qüvvələri eyni zamanda, təxribat-diversiya hücumları təşkil edir. Azərbaycan Ordusu bütün təxribatların qarşısını almaqdadır.