Hadisə Ələt-Astara avtomobil yolunun Ərçivan ərazisindən keçən hissəsində qeydə alınıb
Astarada yol-nəqliyyat hadisəsi baş verib, motosiklet sürücüsü ölüb. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.
Avsəl Ocaqovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Nizami Əskərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.