AŞPA-nın qış sessiyası başlayıb

Xəbərlər

25.01.2021 - 15:21

Sessiya hibrid formatda keçirilir

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçirilən qış sessiyası başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, sessiya hibrid formatda keçirilir.

 

Azərbaycan sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

 

Qış sessiyası zamanı COVID-19 pandemiyasına qarşı peyvəndlə bağlı müzakirələr aparılacaq. Təşkilata üzv ölkələrdə QHT-lərin fəaliyyətində məhdudiyyətlər, eləcə də xroniki və uzun müddətli xəstəlikləri olan insanlara qarşı ayrı-seçkilik və digər məsələlər də sessiyanın gündəliyində yer alıb.

 

Müəllif: Ayna.az