ANAMA əməkdaşı minaya düşüb

Hadisə

06.08.2021 - 10:39

Həkimlər Klinikalar SEO Xidməti

Fərid Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb

 

06 avqust 2021-ci il tarixdə saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Baş Prokurorluqdan AYNA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş