Ana və az yaşlı qızı qazdan zəhərlənib

Xəbərlər

03.11.2021 - 01:18

Həkimlər Klinikalar SEO Xidməti

Xəstələrə lazımi tibbi yardım göstərilib

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ələsgərova Pərvanə Altay qızı və onun qızı, 2012-ci il təvəllüdlü Ələsgərova Altunay zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumata görə, ana və qızı yaşadığı evin qonaq otağında dəm qazından zəhərləniblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş