Amerikalı həkimdən koronavirusla bağlı bədbin proqnoz

Dünya

29.04.2020 - 15:26

"Müalicə effekt verməsə, qorxulu payızla üzləşəcəyik"

 

Amerikalı həkim Antoni Fauci Vaşinqtonda koronavirusla bağlı açıqlama verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, professor pandemiyanın dərmanının tapılmayacağı təqdirdə ABŞ-ın daha pis günlərə qədəm qoyacağını bildirib.


Fauci bildirib ki, komendant saatları aradan qaldırıldıqdan sonra virusun planetdən yox olması qeyri-mümkün olacaq: “Virusun geri dönməsinin qaçılmaz olduğunu və ümumiyyətlə getməyəcəyini unutmamalıyıq”.


Fauci ABŞ-dakı bəzi müəssisələrin yenidən fəaliyyətə başlamasına da fikir bildirib: “Bəzi müəssisələri vaxtından əvvəl açmaq ABŞ-ı bir neçə həftə əvvəl yaşadığı böhrana aparacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş